Modern.az

Peşə məktəblərində şagirdlərə xüsusi geyim formaları veriləcək  

Peşə məktəblərində şagirdlərə xüsusi geyim formaları veriləcək   

16 Noyabr 2017, 16:47

Peşə təhsili müəssisələrində təhsilalanlara xüsusi geyim formaları veriləcək.

Modern.az-ın məlumatına görə, bu barədə yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsinin 4-cü maddəsində (Peşə təhsili sahəsində dövlətin vəzifələri) qeyd edilib.

Yeni sənədə görə, dövlət peşə təhsili müəssisələrində təhsilalanları xüsusi iş geyim formaları ilə təmin ediləcək.

Qanun layihəsi yaxın vaxtlarda parlamentin növbəti plenar iclasında 1-ci oxunuşda müzakirə ediləcək.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna dağıdıcı raketlərini işə saldı-Rusiya silkələnir