Çərşənbə axşamı səhər Panmunjomun sərhəd məntəqəsində Koreya Respublikası ilə KXDR arasındakı əlaqələrin normallaşdırılması üzrə ilk dialoq start götürüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikası İttifaq Nazirliyi məlumat yayıb.
2015-ci ilin dekabr ayından bu yana aparılan Seoul-Pxenyan danışıqlarının əsas mövzusu ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün praktik addımların atılması, xüsusilə, Şimali Koreya idmançılarının Pxençxan şəhərində keçiriləcək 2018-ci il Qış Olimpiadasında mümkün iştirakı məsələləri olacaq.