Sumqayıtın icra başçısı Zakir Fəcərov özünə yeni müavin təyin edib.
Sumqayıt şəhər İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, Fəzail Ağalar oğlu Hüseynov Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
O, bu təyinata qədər Sumqayıt şəhər İcra hakimiyyətində Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində çalışıb.