Modern.az

Bakıda bina uçdu, maşınlar xurd-xəşil oldu - FOTOLAR

Bakıda bina uçdu, maşınlar xurd-xəşil oldu - FOTOLAR

Aktual

18 Mart 2018, 22:16

Bu gün Bakının Binəqədi rayonunda qaçqınların məskunlaşdığı deyilən və uzun müddətdir qəzalı vəziyyətdə olan bina uçub.

 

Hadisə şahidlərinin redaksiyamıza göndərdiyi foto və videokadrlara əsasən, bir neçə avtomobil binanın dağıntıları altında qalaraq tamamilə yararsız vəziyyətə düşüb.

 

Bildirilir ki, Binəqədi qəsəbəsinin girəcəyində, “2-ci mədən” ərazisində yerləşən birmərtəbəli bina SOCAR-ın balansında olub və əvvəllər yeməkxana kimi istifadə edilib.

 

Binanın yarısı uçub, hadisə zamanı xəsarət alanların olub-olmadığı hələ məlum deyil. Yaxınlıqda ötən əsrin əvvəllərində neft sənayesi üçün tikilmiş daha bir neçə belə qəzalı binanın olduğu bildirilir. Təfərrüatları çatdıracağıq. (virtualaz.org)

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi