Modern.az

Cənubi Koreya konsulunun arvadı Bakıda qəzaya düşüb

Cənubi Koreya konsulunun arvadı Bakıda qəzaya düşüb

5 Aprel 2018, 10:45

Bakıda Cənubi Koreya vətəndaşı qəzaya düşüb.

“Report”un xəbərinə görə, paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində Şahin Əliyevin idarə etdiyi “Hyundai” markalı avtomobil Cənubi Koreya vətəndaşı Lee Eun Heeyin idarə etdiyi “Hyundai-Tucson” markalı avtomobillə toqquşub.

Qəza zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, qəzaya düşən xarici vətəndaş Cənubi Koreyanın Azərbaycandakı konsulunun həyat yoldaşıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!