Modern.az

DÇ-2018: Messi penaltidən qol vura bilmədi - VİDEO

DÇ-2018: Messi penaltidən qol vura bilmədi - VİDEO

Aktual

16 İyun 2018, 19:58

Rusiyada keçirilən dünya çempionatında günün ikinci qarşılaşması da yekunlaşıb. Modern.az xəbər verir ki, son oyunda yaşıl meydana Argentina və İslandiya milli komandaları çıxıb. hesabı Oyunda hesabı 19-cu dəqiqədə Argentinanın oyunçusu Serxio Aqueroa açıb. Lakin 4 dəqiqə sonra Alfred Finnboqason hesabı bərabərləşdirib. 

 

Oyunda Argentina millisinin hücumçusu Lionel Messi əlverişli qol imkanından istifadə edə bilməyib. Komandanın kapitanı matçın 64-cü dəqiqəsində penaltini boşa verib. İslandiya millisinin qapıçısı Hannes Halldorsson Messinin zərbəsini dəf edib.

Oyun 1:1 hesabı ilə yekunlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!