Modern.az

“Taliban” 150 nəfəri girov götürdü

“Taliban” 150 nəfəri girov götürdü

Aktual

20 Avqust 2018, 09:44

Əfqanıstanın şimalında “Taliban” silahlıları 3 sərnişin avtobusunu girov götürüb.

Modern.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, avtobusların içərisindəki sərnişin sayı ümumi olaraq təxminən 150 nəfər təşkil edib.

Hadisənin Künduz vilayətinin Xan Abad rayonunda baş verdiyi bildirilir.

Qeyd edək ki, bazar günü Əfqanıstan prezidenti Əşrəf Qəni Talibanla Qurban bayramı münasibəti ilə atəşkəs rejiminin tətbiq edilməsi barədə qərar qəbul edib.

Whatsapp
Bizə yazın!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov