Modern.az

Etimad İsmayılovun qətlinə görə daha bir nəfər saxlanıldı 

Etimad İsmayılovun qətlinə görə daha bir nəfər saxlanıldı 

20 Sentyabr 2018, 09:27

Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılovun qətlinə görə daha bir nəfər tutulub.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Gözəl Dəmirov qətli törədərkən tək olmayıb. Cinayətdə iştirak edən ikinci şəxs də artıq Türkiyə polisi tərəfindən yaxalanıb. Həmin şəxsin də Türkiyədə çalışan iş adamı olduğu bildirilir.

Qeyd edək ki, ehtiyatda olan polkovnik olan Gözəl Damirov 1990-cı illərin əvvəlində Azərbaycanda polis rəisi kimi çalışıb. Bakıda yerləşən soyuducu fabrikinin sahibdir. G. Dəmirovun Azərbaycan və Türkiyədə investisiyaları olduğu bildirilib.

 

Aysel Aslan

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok