Modern.az

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 65,6 faiz artıb

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 65,6 faiz artıb

Aktual

13 Dekabr 2018, 20:33

“Azərbaycanla Qazaxıstan arasında uğurlu əməkdaşlıq var. İki ölkə arasında ticarət dövriyyəsi təkcə bu ilin 9 ayı ərzində 65,6 faiz artıb. Bu rəqəmin daha da artırılması üçün imkanlar var". Modern.az  xəbər verir ki, bunu Qazaxıstan Respublikasının müstəqilliyinin 27-ci ildönümü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib.

 

Nazir qeyd edib ki, iki qardaş ölkə arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələri davam etdirilir: “Ölkələrimiz arasında münasibətlər yeni səviyyəyə qədəm qoyub. Beynəlxalq hüquq normalarına, ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət münasibətlərimizin bünövrəsini təşkil edir”.

 

P.Şahbazov əlavə edib ki, Azərbaycan Prezidentinin siyasəti nəticəsində ölkəmiz Qazaxıstanla əməkdaşlığını yeni mərhələdə davam etdirir. Bu gün Azərbaycan və Qazaxıstan bir çox sahələrdə olduğu kimi, energetika sahəsində də uğurla əməkdaşlıq edirlər. Bu cür əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsi yeni enerji layihələrinin reallaşdırılmasına yol açacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi