Modern.az

Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçildi

Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçildi

21 Yanvar 2019, 15:40

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib.

Modern.az xəbər verir ki, AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri tam şəkildə təsdiqlənib.

Sessiya müddətində nümayəndə heyətimiz öz işini həmişəki qaydada həyata keçirəcək. Deputatlarımız həftə ərzində ölkəmizi maraqlandıran məsələlərlə məşğul olmağa başlayıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!