Yanvarın 21-də Kerç boğazında yanğına məruz qalmış Tanzaniya bayrağı altında üzən iki gəmidə 16 Türkiyə vətəndaşı olub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, gəmilərdəki türkiyəli ekipaj üzvlərindən 8-i xilas edilib, 4-nün meyiti tapılıb, 4 nəfər isə itkin düşüb. Bölgədə axtarış-xilasetmə işləri davam edir.