Modern.az

Azərbaycanlı deputat ATƏT PA-da terrora qarşı çağırış etdi  

Azərbaycanlı deputat ATƏT PA-da terrora qarşı çağırış etdi  

Aktual

22 Fevral 2019, 10:09

Fevralın 21-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 18-ci qış sessiyası çərçivəsində İnsan haqları və humanitar məsələlər komitəsinin iclası keçirilib. İclasın əsas mövzusu “Fövqəladə vəziyyətlərdə insan hüquqlarının qanuni məhdudlaşdırılmasının təsir sahələri” olub.

 

Modern.az xəbər verir ki, iclasda çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini, Milli Məclisin deputatı Tahir Mirkişili qeyd edib ki, İnsan Hüquqları və Terrorizmlə Mübarizə Təlimatlarına əsasən, "Dövlətlər onların ərazisində yaşayan bütün insanların hüquqlarını, xüsusilə də onların yaşama hüququnu terrorçu aktlara qarşı qorumaq üçün lazım olan bütün tədbirləri görməlidirlər".

 

Deputat bildirilib ki, çox vaxt terror aktlarını törədən və ya planlaşdıranlar da atdıqları addımlarla insanların hüquq və azadlıqlarına müdaxilə etmiş olurlar.

 

T.Mirkişili qeyd edib ki, xarici müdaxilələr, qonşu ölkəyə qarşı təcavüz və işğalçılıq siyasəti də insanların yaşamaq hüququnu məhdudlaşdırır. Azərbaycanda 1 milyondan çox məcburi köçkünün həyatında bu, müşahidə edilir.

Deputat çıxışı zamanı deyib ki, məhdudiyyətlərin tətbiq olunmasında milli və ictimai təhlükəsizlik arasındakı balans saxlanılmalıdır. Ümumi olaraq, milli və ictimai təhlükələrin aradan qaldırılması məhdudiyyətlərin tətbiqinə şərait yaratmaz.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi