Modern.az

Gənc futbolçumuz "Seltik"in transfer hədəfində

Gənc futbolçumuz

Aktual

20 Aprel 2019, 14:49

"Qəbələ"nin müdafiəçisi Bəhlul Mustafazadə karyerasını Şotlandiyada davam etdirə bilər. 



Moderen.az sportline.az-a istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi "Seltik"in hədəfindədir.

Yayda klubu bir neçə müdafiəçi tərk edəcəyi üçün, klub yeni müdafiəçi axtarışına çıxıb. Mustafazadənin klubun yay toplanışına dəvət ediləcəyi qeyd olunub. Gənc futbolçu özünü yaxşı tərəfdən göstərə bilsə, müqavilə imzalanacaq.



Nəzərinizə çatdıraq ki, bu mövsüm Bəhlul Azərbaycan Premyer Liqasında 20 oyuna çıxıb.

 Novruz NOVRUZLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok