Modern.az

Sabahın HAVASI: Dolu düşmə ehtimalı var

Sabahın HAVASI: Dolu düşmə ehtimalı var

19 May 2019, 12:54

 Mayın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Gecə və səhər bəzi yerlərdə duman. Lakin gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı,   yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 15-18° isti, gündüz  22-26° isti, Bakıda gecə 16-18° isti, gündüz  23-25°  isti təşkil edəcək. Atmosfer  təzyiqi  756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək.   Nisbi rütubət   60-70 % olacaq.    

 

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz  26-31° isti, dağlarda gecə 9-14° isti,  gündüz 15-20°  isti təşkil edəcək. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok