Modern.az

Cənubi Koreya ilə KXDR arasında gərginlik artır

Cənubi Koreya ilə KXDR arasında gərginlik artır

Aktual

16 Avqust 2019, 18:48

Koreya Xalq Demokratik Respublikası (KXDR) qısa mənzilli raketlərin sınaqdan keçirilməsini dayandırmalıdır.

 

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu cür bəyanatı Cənubi Koreya hökuməti yayıb. Qeyd olunub ki, mərmi atılması KXDR-ın ABŞ və Cənubi Koreya Respublikasının birgə təlimlərinə etirazıdır.

Xatırladaq ki, cümə günü səhər saatlarında Şimali Koreya Kanvondo əyalətindən Yapon dənizi istiqamətində iki naməlum raket buraxıb. Yaponiya hökuməti bəyan edib ki, raketlər Yaponiya ərazisinə və ya məxsusi iqtisadi zonaya çatmayıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!