Modern.az

Futbolda qanlı olay: 3 nəfər öldü

Futbolda qanlı olay: 3 nəfər öldü

Aktual

18 Avqust 2019, 21:19

Hondurasın "Olimpiya" və "Motaqua" klubları arasında futbol matçı qanlı olaylarla yadda qalıb.

Modern.az  xəbər verir ki, derbi matçda yaşanan gərginliyə görə 3 nəfər həlak olub, 10 nəfər yaralanıb.

Yaralananlar arasında bir azyaşlı ilə yanaşı, "Seltik" klubunun keçmiş futbolçusu Emilio İzaqurre də olub.

Hadisədən sonra Hondurasda bütün futbol matçları təxirə salınıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov