Modern.az

Yasamalda intihara cəhdin qarşısı alındı

Yasamalda intihara cəhdin qarşısı alındı

Aktual

8 Sentyabr 2019, 20:44

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində mənzilin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.



Xilasedicilər mənzilə daxil olaraq intihara cəhdin qarşısını alıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi