Modern.az

Mehriban Əliyeva Aydın Süleymanlını TƏBRİK ETDİ

Mehriban Əliyeva Aydın Süleymanlını TƏBRİK ETDİ

13 Oktyabr 2019, 12:04

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva yeniyetmə şahmatçımız Aydın Süleymanlını Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında qalib olması münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində edilən paylaşımda deyilir:

 

“Yeniyetmə şahmatçımız Aydın Süleymanlının Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olması xəbəri hər birimizə ancaq qürür və sevinc hissi yaşada bilər. Dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə Aydını ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyət və qələbələr arzulayıram!”

 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok