Modern.az

Kənd Təsərrüfatı Nazirliyində yeni TƏYİNAT - FOTO

Kənd Təsərrüfatı Nazirliyində yeni TƏYİNAT - FOTO

Aktual

14 Oktyabr 2019, 11:56

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. Modern.az-ın məlumatına görə, nazirliyin təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru vəzifəsinə təyinat alıb. Təyinat barədə əmri Kənd Təsərrüfatı naziri İnam Kərimov imzalayıb. Qeyd edək ki, Aqrar Elm və İnnovasiya Mərkəzinin əvvəlki direktoru Elçin Zeynalov ötən həftə Kənd Təsərrüfatı nazirinin müavini təyin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir