Modern.az

Şəhid övladları “Bakutel 2019” sərgisində - FOTO

Şəhid övladları “Bakutel 2019” sərgisində - FOTO

3 Dekabr 2019, 20:44

Bu gün Bakı Ekspo Mərkəzində “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi öz işinə başlayıb.

Modern.az  xəbər verir ki, “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə şəhid ailələrinin övladları üçün təmənnasız təşkil edilən STEM üzrə kursların iştirakçıları əldə etdikləri nailiyyətləri sərgi ziyarətçiləri ilə bölüşüblər.

 

Şəhid övladları tərəfindən hazırlanan robotlar və dronların idarə edilməsi sərgi ziyarətçiləri arasında böyük marağa
səbəb olub.

 

"ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri əfsanəvi kəşfiyyatçı, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Alızadə şəhid övladlarına göstərilən diqqət və qayğıya görə ölkə rəhbəriliyinə və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə öz təşəkkürünü bildirib.






Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var