Modern.az

Bakıda avtomobil yolu keçən piyadanı vurdu

Bakıda avtomobil yolu keçən piyadanı vurdu

19 Fevral 2020, 21:14

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  “Report”a  istinadən  xəbər verir ki, hadisə Xətai rayonu Nobel prospekti 3 ünvanında qeydə alınıb.

Belə ki, Ağ Şəhər bulvarının yanında “99 SH 575” dövlət nömrə nişanlı “BMW” markalı avtomobil piyada zolağından keçən 30 yaşlı kişini vurub.

Yaralı təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!