Modern.az

Oqtay Gülalıyevdən xəbər var - Həkimlər yaxın günlərdə ayıla biləcəyini deyiblər

Oqtay Gülalıyevdən xəbər var - Həkimlər yaxın günlərdə ayıla biləcəyini deyiblər

Aktual

5 Mart 2020, 10:19

Avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində xeyli irəliləyiş var.

 

Bu barədə Modern.az-a onun oğlu Təbriz Gülalıyev məlumat verib.

 

Dediyinə görə, Oqtay Gülalıyevin oyanıqlığı, həkimlərin refleks yoxlamalarına reaksiya verməsi çoxalıb:

 

“Atamın səhhətində müsbət dinamika davam edir. Sonuncu əməliyyatından sonra oyanıqlığı artıb. Belə ki, tez-tez gözlərini açır və arada əllərini, ayaqlarını tərpədir.

İrəlləyişlərin göstəricisinə əsasən xüsusi qurğu vasitəsi ilə ayağa qaldırılır. Qaldırıldığı zaman gözlərini açır və səhhətində pis hal baş vermir. Az da olsa, kömək vasitəsi ilə öz ayaqları üzərində dura bilir.

Həkimlər yaxın günlərdə ayıla biləcəyini deyiblər. Ümidlə gözləyirik”.

 

Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir. Hazırda onun müalicəsi Türkiyənin Amerikan Xəstəxanasında davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!