Modern.az

Aİ tibbi ləvazimatların idxalına vergiləri ləğv etdi

Aİ tibbi ləvazimatların idxalına vergiləri ləğv etdi

Aktual

3 Aprel 2020, 18:05

Avropa İttifaqı (Aİ) koronavirus pandemiyası dövründə tibb ləvazimatlarının idxalına vergi və rüsumları ləğv edib.

 

Modern.az-ın məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

 

O bildirib ki, tibb ləvazimatlarına böyük tələbat yarandığı üçün qiymətlər qəbulolunan səviyyədə qalmalıdır:

 

"Xəstəxanalar, həkimlər, tibb işçiləri bu ləvazimatlara böyük ehtiyac duyur. Qiymətlərin eyni səviyyədə qalmasını təmin etmək üçün biz koronavirus böhranı müddətində Avropa İttifaqına tibb ləvazimatlarının idxalına görə vergi və rüsum almayacağıq. Biz tibb işçilərini dəstəkləmək üçün əlimizdən gələni edirik".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!