Modern.az

Bakı sakininin başına dəmir qapı düşdü

Bakı sakininin başına dəmir qapı düşdü

Aktual

5 Aprel 2020, 08:53

Paytaxtın Xətai rayonu ərazisində bədbəxt hadisə baş verib.

 

Modern.az-ın məlumatına görə, şəhər sakini 1988-ci il təvəllüdlü Məmmədov Amil Rüfət oğlunun ehtiyatsızlığı nəticəsində baş nahiyəsinə dəmir qapı düşüb.

 

Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Müayinə zamanı ona sağ ənsə və almacıq sümüklərinin sınığı diaqnozu qoyulub.

 

Yaralı həkim nəzarətinə götürülüb.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək