Modern.az

Putin bu tarixdə Paşinyanla görüşəcək 

Putin bu tarixdə Paşinyanla görüşəcək 

Dünya

6 May 2024, 18:12

Rusiya prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.

 

Görüş Putinin andiçməsindən bir gün sonra, Avrasiya İqtisadi Şurasının yubiley iclası çərçivəsində baş tutacaq.

 

Putin MDB ölkələrinin liderləri üçün ənənəvi dostluq şam yeməyində iştirak edəcək.

 

Uşakov qeyd edib ki, ikitərəfli təmas çoxməzmunlu olacaq, müzakirə olunacaq çoxlu məsələlər var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi