İspaniyada bir sutkada 674 nəfər yeni növ koronavirusdan (COVİD-19) ölüb.
Modern.az xəbər verir ki, bu müddətdə ölkədə 6 min yoluxma halı qeydə alınıb.
Məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 130 759 nəfərə, ölənlərin isə sayı 12 418 nəfərə çatıb.
Bildirilir ki, 38 080 xəstə sağalaraq evə buraxılıb.