Modern.az

“Apple” qoruyucu maskalar istehsal edəcək

“Apple” qoruyucu maskalar istehsal edəcək

6 Aprel 2020, 11:00

“Apple” şirkəti koronavirus xəstələri ilə işləyən tibb işçiləri üçün qoruyucu maskalar istehsal edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Tim Kuk deyib.

 

Şirkət həftədə 1 milyon maska istehsal etməyi planlaşdırır.

 

T.Kuk “Apple”ın tibb işçiləri ilə sıx əməkdaşlıq etdiyini və digər ölkələrə də ixracın təşkil olunması üçün çalışdıqlarını deyib (trend).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi