Modern.az

Daha bir ölkə turistlər üçün sərhədlərini açır

Daha bir ölkə turistlər üçün sərhədlərini açır

Aktual

23 May 2020, 10:31

Kipr iyunun 9-dan başlayaraq digər ölkələrlə aviaəlaqəni bərpa edəcək.

 

Modern.az-ın məlumatına görə, bunu ölkənin Nəqliyyat, Kommunikasiya və İctimai İşlər naziri Yannis Karusos deyib.

O bildirib ki, iyunun 1-dən ölkədə hotellər fəaliyyətə başlayacaq.

Nazirin sözlərinə görə, ilkin mərhələdə Kipr 19 ölkədən turistləri qəbul edəcək və bu ölkələr də öz növbəsində iki qrupa bölünəcək:

“Birinci qrupa Yunanıstan, Malta, Bolqarıstan, Norveç, Avstriya, Finlandiya, Sloveniya, Macarıstan, İsrail, Danimarka, Almaniya, Slovakiya və Litva daxildir. İkinci qrupda isə İsveçrə, Polşa, Rumıniya, Xorvatiya, Estoniya və Çexiya yer alır”.

 

O əlavə edib ki, turistlərin qəbulu iki mərhələdə aparılacaq. Birinci mərhələ iyunun 9-dan 19-dək davam edəcək, ikinci mərhələ isə iyunun 20-də başlayacaq.

Qeyd olunur ki, Kiprə səfər etmək niyyətində olan turistlər uçuşdan əvvəl 72 saatdan gec olmayaraq koronavirusa yoluxmamaları barədə sənəd əldə etməlidir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək