Modern.az

Daha 710 “Taliban” üzvü azad edildi

Daha 710 “Taliban” üzvü azad edildi

30 May 2020, 23:13

Əfqanıstan hakimiyyəti iki gün ərzində “Taliban” radikal hərəkatının 700-dən çox üzvünü sərbəst buraxıb və bazar günü təxminən daha 300 nəfər azad ediləcək.

Modern.az  xəbər verir ki, bu barədə  “Tolo News” telekanalı məlumat yayıb.

Əfqanıstan Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Cavid Feysal bildirib ki, Əfqanıstan hökuməti son iki gündə 710 “Taliban” üzvünü azad edib: "Onlar ölkənin  müxtəlif həbsxanalardan azad edilib. Prezidentin əmri əsasında onların sayının iki minə çatdırılması üçün sabah başqa 290 nəfərin də azad ediləcəyi gözlənilir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir