Modern.az

Naxçıvanın bu qəsəbəsinə şəhər statusu verilir

Naxçıvanın bu qəsəbəsinə şəhər statusu verilir

5 İyun 2020, 14:58

“Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi Babək rayonunun Nehrəm və Cəhri kəndlərinə qəsəbə statusu verilməsini nəzərdə tutur.

 

Modern.az xəbər verir ki, bunu Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

 

Bundan başqa, layihədə Babək rayonunun mərkəzi olan Babək qəsəbəsinə şəhər statusunun verilməsi təklif olunur.

 

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi iyunun 8-də parlamentin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılacaq.(APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!