Modern.az

Vilayət Eyvazovdan yeni TƏYİNATLAR

Vilayət Eyvazovdan yeni TƏYİNATLAR

Aktual

7 İyul 2020, 11:30

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

 

Modern.az xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən, polkovnik-leytenant Vilayət Allahverdiyev Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət axtarış İdarəsinin rəisi təyin edilib. 

 

O, bundan əvvəl baş idarədə xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.

 

Nazirin digər əmri ilə, Cabir Ələsgərov Qazax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi təyin olunub.

 

Qeyd edək ki, C.Ələsgərov Ağstafa Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışıb. RPŞ-nin bütün rəhbər heyəti iyunun 11-də işdən çıxarılmışdı.(Oxu.az)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!