Modern.az

Azərbaycanda sərnişin avtobusu aşıb - ölən və yaralananlar var  

Azərbaycanda sərnişin avtobusu aşıb - ölən və yaralananlar var  

Aktual

7 İyul 2020, 12:25

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyulun 6-da saat 7 radələrində Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində qəsəbə sakini C.Vahabov idarə etdiyi “İsuzu” markalı avtobusu qaz borusuna və rabitə dirəyinə vurub aşırıb.

 

Nəticədə C.Vahabovun sərnişini Yusif Zeynalov hadisə yerində ölüb.

 

Babək Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək