Modern.az

Nazir müavini Siyavuş Novruzova CAVAB VERDİ

Nazir müavini Siyavuş Novruzova CAVAB VERDİ

Aktual

6 Avqust 2020, 12:50

“Siyavuş müəllim Naxçıvan Muxtar Respublikasına ayrılan vəsaitin az olduğunu qeyd etdi. Bildirmək istərdim ki, pandemiya ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üçün vəsait mərkəzləşmiş qaydada ayrılır”.

Modern.az-ın, xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında Qanununda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı Maliyyə nazirinin müavini Azər Bayramov belə deyib.

A. Bayramov bildirib ki, bu baxımdan Naxçıvana ayrılan vəsait pandemiya ilə mübarizə üçün nəzərdə tutulmur, müxtəlif istiqamətlərə yönəldilən vəsaitdir:

“Pandemiya əlaqədar xərclər isə mərkəzləşmiş xərclərdən ayrılacaq”.

Qeyd edək ki, deputat Siyavuş Novruzov Naxçıvana cəmi 1,3 milyon manat ayrıldığını, bu vəsaitin az olduğunu bildirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir