Modern.az

Deputat kafedə müştərini döydü – VİDEO

Deputat kafedə müştərini döydü – VİDEO

25 Sentyabr 2020, 20:49

Rusiyanın Moskva vilayətində deputat kafedə dava salıb və silahla müştərini hədələyib.

Modern.az  xəbər verir ki, sentyabrın 20-də baş verən hadisənin görüntüləri yayılıb.

Aleksandr Yasyuçenya adlı deputat kafedə olan qadını stolundan qaldıraraq qovub və bir kişini döyüb, ona silahla hədə-qorxu gəlib.

Oxu.az-ın məlumatına görə, deputat həmin şəxsdən məhkəmədə ona qarşı ifadəsini dəyişməsini tələb edib.



Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan xəbərdarlıq etdi- bütün təxribatçılar saxlanılacaq