Modern.az

Mirzoyan qazax həmkarı ilə GÖRÜŞDÜ

Mirzoyan qazax həmkarı ilə GÖRÜŞDÜ

10 May 2024, 14:10

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almatıda Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

"Nazirlər Ermənistan və Qazaxıstan arasında yüksək səviyyəli siyasi dialoqun inkişaf dinamikasını məmnunluqla qeyd ediblər. Qazaxıstan prezidentinin apreldə İrəvana səfəri zamanı aparılan müzakirələrin davamında burada ikitərəfli gündəliyə aid məsələlər də müzakirə olunub", - məlumatda deyilir.

 

Bildirilib ki, regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Regional iqtisadi və nəqliyyat kommunikasiyalarının inkişafı məsələlərinə də baxılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ