Modern.az

“TikTok” Türkiyədə qadağan olunur

“TikTok” Türkiyədə qadağan olunur

Aktual

10 May 2024, 12:50

“TikTok” Türkiyədə qadağan oluna bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Rəqəmsal Media Komissiyasının sədri Hüseyn Yayman bildirib.

 

“Xüsusən də, bu platformada kontentin paylaşılması ilə bağlı çox ciddi tənqidlər var. ABŞ-də “TikTok” qadağan edilib. Biz qadağaların əleyhinəyik, amma Türkiyədə bu iş qadağalarla bitəcək. Çünki təəssüf ki, bu məsələdə nə söz, nə məsləhət, nə xahişlərlə bir nəticəyə gələ biləcəyik”, - deyə o qeyd edib.

 

Onun sözlərinə görə, komissiya söz azadlığının tərəfdarıdır və senzuraya qarşıdır, lakin ictimai asayişi qorumaq da lazımdır. Yayman qeyd etdi ki, uşaqları və gəncləri qorumaq lazımdır, onlar daha sağlam psixika ilə böyüməlidirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ