Bakının “Keşlə” klubu heyətinə daha bir futbolçu qatıb.
Modern.az-ın məlumatına görə, Sezar Meza Kolli yenidən paytaxt klubunun uğurları üçün çalışacaq.
İtaliya vətəndaşı olan Sezar Meza Kolli 2013-16, 2018 və 2019-20-ci illərdə şərəfini qoruduğu “Keşlə”yə qayıdıb. Bir müddət əvvəl milliləşdirilməsi də gündəmdə olan legionerin son klubu Rumıniya təmsilçisi “Universtatya” (Krayova) olub.
Qeyd edək ki, Sezar Azərbaycanda “Keşlə”dən başqa, “Zirə”də də oynayıb.