Modern.az

Ermənilər Füzulinin Kürdlər kəndində qəbiristanlığı dağıdıb, yerində taxıl əkiblər - VİDEO

Ermənilər Füzulinin Kürdlər kəndində qəbiristanlığı dağıdıb, yerində taxıl əkiblər - VİDEO

Aktual

22 Noyabr 2020, 14:25

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelər Füzuli rayonunun işğaldan azad edilmiş Kürdlər kəndində olublar.

 

Modern.az-ın məlumatına görə, diplomatik korpusun nümayəndələri və hərbi attaşelərə dağıdılmış kənd qəbiristanlığı göstərilib.

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildiriblər ki, 27 il ərzində işğal altında olmuş kəndin qəbiristanlığı buldozerlə dağıdılıb, yerində buğda, arpa əkilib. H.Hacıyev bildirib ki, bu, yenə də Ermənistanın vandalizminin bir əlamətidir. (APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!