Modern.az

Maradona bütün dünyada anılacaq

Maradona bütün dünyada anılacaq

Aktual

28 Noyabr 2020, 00:51

Beynəlxalq Futbol Federasiyası Assosiasiyası (FİFA) özünün bütün 211 assosiasiyasına əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın xatirəsini bir dəqiqəlik sükutla anmağı xahiş edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə federasiyanın bəyanatında bildirilib.

 

"Futbol dünyası Dieqo Armando Maradonanın ölümünə ağlayır, buna görə FIFA bu gün 211 assosiasiyaya, yarışların təşkilatçılarına qarşıdakı istirahət günlərində hər matçda sükut dəqiqəsi ilə anmaqla bağlı müraciət etdi" - bəyanatda deyilir.

 

Qeyd edək ki, 60 yaşlı Maradona noyabrın 25-də ürək tutmasından vəfat edib. Onun vəfatı ilə əlaqədar Argentinada üç günlük matəm elan olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok