Modern.az

Ruhani Fəxrizadənin öldürülməsindən sonra göstəriş verdi

Ruhani Fəxrizadənin öldürülməsindən sonra göstəriş verdi

Aktual

29 Noyabr 2020, 17:58

İran prezidenti Həsən Ruhani nüvə və raket sistemləri üzrə alim Möhsün Fəxrizadənin sui-qəsd nəticəsində həyatını itirməsi ilə bağlı açıqlama verib.

 

Modern.az-ın məlumatına görə, Nazirlər Kabinetinin fövqəladə  iclasında çıxış edən H.Ruhani  M.Fəxrizadənin terror edilməsini namərdcəsinə bir addım adlandırıb. Prezident terrorunun ardınca sabitsizlik yaradacaq addımlarla mübarizə və bu kimi halların qarşısını almaq üçün göstəriş verib. 

 

H.Ruhaninin göstərişinin detalları haqda ətraflı məlumat verilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!