Modern.az

Bakıda üzərində “Kalaşnikov” gəzdirən şəxs saxlanıldı

Bakıda üzərində “Kalaşnikov” gəzdirən şəxs saxlanıldı

Aktual

12 Yanvar 2021, 09:57

Polis əməkdaşları tərəfindən qanunsuz olaraq üzərlərində və yaşayış sahələrində odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, sonuncu belə tədbir Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Nəticədə üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş vətəndaş Raqil Bayramov saxlanılıb.Polis Şöbəsində onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd "Kalaşnikov" konstruksiyalı avtomat silah, 19 ədəd patron və daraq aşkar edilərək götürülüb.

 

Raqil Bayramov barəsində 19-cu Polis Şöbəsində toplanan materiallar cinayət işinin başlanılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib.

 

Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 Raqil Bayramov
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok