Modern.az

Hacıqabulda dəhşət: ot presləyən qurğuya düşdü, xəstəxanada keçindi

Hacıqabulda dəhşət: ot presləyən qurğuya düşdü, xəstəxanada keçindi

24 Yanvar 2021, 11:51

Hacıqabul rayonunda ot presləyən qurğuya düşən Sabirabad sakini xəstəxanada ölüb. 

 

Modern.az-ın məlumatına görə, ötən gün Hacıqabul rayonunun Kolanı kəndində Sabirabad sakini, 1980-ci il təvəllüdlü İmanov Ramil Rasim oğlunun qolları və bədəninin bir hissəsi ehtiyatsızlıqdan işlək vəziyyətdə olan ot presləyən qurğuya düşüb.

 

Ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralı bu gün səhər saatlarında dünyasını dəyişib. (APA)

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir