Modern.az

Bakıda keçirilən yarmarkalardakı bəzi məhsulların qiymətləri – SİYAHI

Bakıda keçirilən yarmarkalardakı bəzi məhsulların qiymətləri – SİYAHI

Aktual

27 Fevral 2021, 11:53

Xəbər verdiyimiz kimi, "Kənddən Şəhərə" həftəsonu yarmarkaları Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı), Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı), Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A ünvanlarında yenidən fəaliyyətə başlayıb.

Modern.az Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən təşkil olunan yarmarkalarda satışa çıxarılan bəzi məhsulların qiymətlərini təqdim edir:

- Kartof 0.55 manatdan;

- Soğan 0.65 manatdan;

- Alma 0.60 manatdan;

- Pomidor 1.00 manatdan;

- Mandarin 1.80 manatdan;

- Portağal 1.70 manatdan;

- Badımcan 1.30 manatdan;

- Kələm 0.50 manatdan;

- Çuğundur 0.65 manatdan;

- Kök 0.60 manatdan;

- Yumurta 0.25 manatdan;

- Xurma 0.80 manat;

- Nar 1.50 manatdan;

- Göyərti 0.15 manat;

- Heyva 0.80 manat.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 əleyhinə mübarizə tədbirləri çərçivəsində yarmarkaların fəaliyyəti ötən ildən dayandırılmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək