Modern.az

Kənd təsərrüfatı ilə bağlı cərimə müəyyənləşdi

Kənd təsərrüfatı ilə bağlı cərimə müəyyənləşdi

2 Aprel 2021, 15:41

Kənd təsərrüfatı məhsulu istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasına görə cərimə müəyyənləşdirilir.

Modern.az xəbər verir ki, bu, Milli Məclisin iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinə bununla bağlı yeni - 411-2 maddəsinin əlavə edilməsi təklif olunur.

Layihəyə əsasən, fermer tərəfindən “elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə xəbərdarlıq edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 2 mislindən 4 mislinədək miqdarda cərimə tətbiq olunması nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir