Modern.az

Xocalı soyqırımını heç vaxt unutmayacağıq - İlham Əliyev

Xocalı soyqırımını heç vaxt unutmayacağıq - İlham Əliyev

Aktual

13 Aprel 2021, 11:04

Biz törədilmiş vəhşilikləri unutmamalıyıq.

 

Modern.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı deyib.

 

Dövlət başçısı bildirib: "Bizim torpaqlarımız 30 ildən çox işğal altında qalıb və biz ailə üzvlərini itirənləri, eləcə də doğma yurdlarını tərk etmək məcburiyyətində qalanları unutmamalıyıq. Biz törədilmiş vəhşilikləri unutmamalıyıq. Biz heç vaxt Ermənistanın törətdiyi Xocalı soyqırımını unutmayacağıq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!