Modern.az

Bakıda “Hyundai” sərnişin avtobusuna çırpıldı - xəsarət alan var - FOTO

Bakıda “Hyundai” sərnişin avtobusuna çırpıldı - xəsarət alan var - FOTO

14 Aprel 2021, 23:33

Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsində qeydə alınıb.

 

“Bakubus” MMC-yə məxsus 13 nömrəli marşut avtobusu dayanacaqda dayanıb. Bu zaman yüksək sürətlə hərəkətdə olan “Hyundai” markalı avtomobil sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü ağır bədən xəsarəti alıb.

 

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib (apa).

 
 
 
 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir