Modern.az

Ölkəmiz IV Dünya Etnospor Konfederasiyasının Forumunda iştirak edib

Ölkəmiz IV Dünya Etnospor Konfederasiyasının Forumunda iştirak edib

15 Aprel 2021, 11:15

Azərbaycan Milli İdman Növləri Assosiasiyası IV Dünya Etnospor Konfederasiyasının Forumunda iştirak edib.
Modern.az xəbər verir ki, Azərbaycanı Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov təmsil edib. Forumda açılış sözü ilə çıxış edən Konfederasiyanın başqanı Bilal Ərdoğan hamını salamlayaraq, iştirakçılara uğurlar arzulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hamıya uğurlar arzulayaraq, ənənəvi idman növlərinin inkişafının xalqlar arasında dostluğun və Türk dünyası aləminin birliyinə zəmin yaradan bir forum olduğunu bildirib.
Dünya Etnospor Forumunda Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov da çıxış edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!