Modern.az

Azərbaycanda vaksin vurduranların ümumi sayı AÇIQLANDI

Azərbaycanda vaksin vurduranların ümumi sayı AÇIQLANDI

6 May 2021, 12:30

Bu günə kimi  1 milyon 600 min nəfər ilk dozanı, 600 min nəfər isə ikinci dozanı alıb.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Səhiyyə nazirinin birinci müavini Teymur Musayev bildirib.

 

Nazirlik rəsmisinin sözlərinə görə, iki dozanı almış vətəndaşlar arasında yoluxma sayları aşağı səviyyədədir:

 

“Yoluxanlar isə xəstəliyin ağır formasından tam qorunur”.

 

T.Musayev qeyd edib ki, ölkəmizdə ilk tətbiq olunan Sinovac şirkətinin “Coronavac” vaksinidir:

 

“Bu tam təhlükəsiz vaksindir. Qeyd edim ki, eyni zamanda digər vaksinlər də gətirilib və multiplatforma yaradılıb. Bu isə insanlara seçim imkanı verir".

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok