Modern.az

Mingəçevirdə kütləvi dava

Mingəçevirdə kütləvi dava

Aktual

12 May 2021, 21:30

Mingəçevirdə kütləvi dava olub.

 

Modern.az xəbər verir ki, şəhərdə bir qrup şəxsarasında başlayan mübahisə sərt münaqişəyə çevrilib. Nəticədə şəhər sakinləri - 1980-ci il təvəllüdlü Eyyubov Məhəmməd Nizami oğlu 3 bıçaq xəsarəti alıb, 2004-cü il təvəllüdlü Əsədov Bürhan Yavər oğlunun isə baş nahiyəsinəküt alətlə zərbə vurulub.

 

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır (apa).

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir