Modern.az

Goranboyda piyadanı maşın vurub öldürdü

Goranboyda piyadanı maşın vurub öldürdü

Aktual

17 May 2021, 22:30

Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 316-cı km-də, rayonun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

 

Hərəkətdə olan “VAZ 21015” markalı minik maşını yolu keçmək istəyən Daşkəsən rayon sakini, 1974-cü il təvəllüdlü Elsəvər Allahverdiyevi vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı